Ötən il Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 4 min 432 ədəd yeni nəşr olunmuş kitablar gətirilib. MKS-dən verilən məlumata görə, yeni kitablar arasında bədii ədəbiyyat nümunələri üstünlük təşkil edir. Bundan əlavə, 50 ədəd elektron nəşr, həmçinin müxtəlif məzmunlu DVD-lər də gətirilib.
   Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində artıq xeyli vaxtdır ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə xüsusi şöbə də fəaliyyət göstərir. 2011-ci ildə səfirlik həmin şöbəyə daha 158 nüsxə ingilis dilində ədəbiyyat və elektron vasitələr göndərib.