Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə nə həsr olunmuş “Uşaqlara açıq səma” adlı tədbir keçirib. İctimaiyyət nümayəndələrinin, məktəblilərin, bağça uşaqlarının iştirak etdiyi tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini G.Həsənova bildirib ki, el-obada uşağa qayğı, nəvaziş, ehtiram varsa, həmin millət öz gələcəyinə qayğı göstərir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaq dünyasının böyük qayğıkeşi, onların sevimlisi olmuş, uşaqların təhsili, sağlamlığı, istirahəti naminə mühüm qərar və sərəncamlar imzalamışdır. Onun uşaq dünyasına göstərdiyi qayğı və diqqət bu gün dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.
   Sonra tədbir bədii hissə ilə davam edib. 1 və 2 saylı musiqi məktəbi şagirdlərinin ifasında şən mahnılar, gənc aşıqların ifa etdikləri el havaları tədbiri daha da rövnəqləndirib. Qazax şəhər 3 saylı körpələr evinin “Cücələrim” rəqs qrupunun maraqlı rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbirin sonunda rayon icra hakimiyyəti başçısı tərəfindən bir qrup istedadlı və yaradıcı uşaq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.