Ağdaş Rayon Mərkəzi Kitabxanasında Xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edənlər yazıçının yaradıcılığından söhbət açıblar. Ədibin ana dilimizə həssas yanaşması diqqətə çatdırılıb və “Bakı gecələri” povestinin müzakirəsi təşkil edilib. Bildirilib ki, “Bakı gecələri” ədəbiyyatımızda lirik üslubda yazılmış ən gözəl əsərlərdən biridir. Əyalətdən böyük arzu və ümidlərlə paytaxta getmiş gəncin duyğuları o qədər zərif, incə və axıcı bir dillə təsvir olunur ki, insan hekayəni oxuyanda reallığı unudur. Tədbirdə Ənvər Məmmədxanlının kitabları, onun haqqında yazılmış ədəbi materiallar nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar