Aprelin 20-də Qaradağ rayonu Qobustan qəsəbəsinin Aşıq Rza Qobustanlı adına mədəniyyət evinin əməkdaşları ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayon ərazisindəki “N” saylı hərbi hissədə əsgərlərlə görüşüblər. Tədbirdə çıxış edənlər ulu öndərin həyat və fəaliyyətindən, zəngin idarəçilik təcrübəsindən, respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində apardığı məqsədyönlü siyasətdən, elm, təhsil, mədəniyyət sahəsinin tərəqqisində əvəzsiz xidmətlərindən danışıblar. Mədəniyyət evinin özfəaliyyət kollektivləri əsgərlər qarşısında konsert proqramı ilə çıxış ediblər.