Aprelin 26-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə rayon Mərkəzi kitabxanası, S.Ə.Şirvani adına tarix-diyarşünaslıq muzeyi, M.Ə.Sabirin ev-muzeyi əməkdaşları, 1, 2, 9 saylı məktəblərin şagirdləri iştirak ediblər.
   Heydər Əliyev Mərkəzinin direktoru Dilşad Əhmədli, uşaq kitabxanasının müdiri Afaq Səttarzadə, M.Ə.Sabirin ev-muzeyinin bələdçisi Aytəkin Əliyeva və digər çıxışçılar Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, Azərbaycanda tibb elminə verdiyi töhfələrdən söz açıblar. Sonda Avropa liseyi şagirdlərinin ifasında şeirlər səsləndirilib, görkəmli oftalmoloqun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.