Aprelin 29-da Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər adlı günəş sönməz" başlığı altında ədəbi-bədii kompozisiya təşkil edilib. Tədbirdə ulu öndərə həsr edilmiş şeirlər, xatirələr söylənib, dahi liderin həyat və siyasi fəaliyyətini əks etdirən kitab sərgisinə baxış keçirilib.