Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsində ümummilli liderin 90 illiyi ilə əlaqədar “Heydər zirvəsi” adlı tədbir keçirilib. Tədbiri mədəniyyət və turizm şöbəsinin müdiri Eldəniz Abdullayev açaraq dahi rəhbərin şərəfli ömür yolundan, zəfərlərlə dolu fəaliyyətindən danışıb. Mədəniyyət evinin direktoru Elyurə Məmmədova mövzu ilə əlaqədar məruzə ilə çıxış edib.
   Şöbənin işçilərindən Kəmaləddin Sarıyev, Zeyd Paşayev, Əlniyyət Əliyev, Vəfa Bayramova, Akif Xəlilov, Aidə Umarova, Fərman İsayev və başqaları çıxış edərək ulu öndərin dövlətçilik fəaliyyətindən, mədəniyyət quruculuğu sahəsində tarixi xidmətlərindən söz açıblar.