Bərdə rayon Mədəniyyət evinin qarşısında ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş kitab bayramı keçirilib. Tədbirdə çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi V.Nabatova, Nazim Yaquboğlu, Əlövsət Zülfüqar və başqaları kitab bayramının əhəmiyyətindən, kitabların insanların dünyagörüşünün formalaşmasında rolundan bəhs ediblər.
   Müxtəlif başlıqlar altında təşkil edilmiş kitab sərgiləri və orta məktəb şagirdlərinin əl işlərindən ibarət sərgilər maraqla qarşılanıb. Uşaqların ifasında rəqslər, şeirlər, səhnəciklər və mahnılar tədbiri daha da rövnəqləndirib. Kitab bayramı iştirakçılarda zəngin təəssürat yaradıb.