Mayın 21-də Qaxda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kitab bayramı keçirilib. “Kitab tarixin canlı salnaməsidir” adlı tədbirdə müxtəlif mövzular üzrə min nüsxədən çox nəşr sərgilənib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Tahir İsmayılov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Səfurə Nəcəfova, MKS-nin direktoru G.Əhmədova və başqaları çıxışlarında cəmiyyətdə kitabın və kitabxanaların rolundan bəhs ediblər. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kitabla dost ol, ən yaxşı oxucu ol!” müsabiqəsinin qalibləri mükafatlandırılıb, ulu öndərə həsr olunmuş şeirlər dinlənilib, rayon incəsənət məktəbi şagirdlərinin ifasında rəqs və gözəl musiqi nömrələri ifa olunub.