Xəbər verildiyi kimi, aprelin 2-3-də Azərbaycan Dövlət Rus Dram Teatrında Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Tələbə baharı” festivalının seçim mərhələsi keçirilib. Seçim turlarında 20 ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadını nümayiş etdirib.
   2006-cı ildən etibarən ənənəvi olaraq gerçəkləşən festivalın məqsədi tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Mayın 28-də Şəkidə “Tələbə baharı” festivalının qala konserti olacaq.