Göyçay uşaq musiqi məktəbində hesabat konserti
   
   A.Məmmədov adına Göyçay rayon uşaq musiqi məktəbində «Azərbaycan musiqisini dünyaya tanıdırıq» adlı hesabat konserti keçirilib.
   
   Tədbiri məktəbin direktoru Rövşən Zamanov açaraq Azərbaycan musiqisinin dünyada tutduğu mövqedən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan incəsənətinə göstərdiyi böyük qayğıdan danışıb.
   Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov, rayon İcra Hakimiyyəti başçısının müavini R.Rəcəbova hesabat konsertinin ulu öndərin 90 illik yubileyinə həsr olunduğunu diqqətə çatdıraraq məktəbin şagirdlərinin respublika və rayon miqyaslı müsabiqələrdə qazandıqları uğurlardan söz açıblar.
   Sonra dünya klassikləri və Azərbaycan bəstəkarlarının əsərləri şagirdlərin ifasında təqdim olunub. Müəllimlərdən A.Məmmədova, A.Əliyeva, T.Rizvanova, A.Mahmudova, A.Qafarov, Ü.Vəzirovun yetirmələri maraqlı proqramla çıxış ediblər. Respublika müsabiqələrinin laureatı H.Səmədov, X.Muradlı, Z.Kərimli, R.Rəhmanlı və başqalarının ifaları alqışlarla qarşılanıb. Sonda ən fəal müəllim və şagirdlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
   
   N.Məlikov,
   Göyçay rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı mütəxəssisi