Rəsul Rzanın Göyçayda yerləşən ev-muzeyində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar «Azərbaycanın özü qədər» adlı tədbir keçirilib. Rayon ziyalıları, müəllim və məktəblilərin iştirak etdiyi tədbirdə muzeyin direktoru Solmaz Həsənova böyük öndərin dövlətçilik tariximizdə rolundan, ölkəmizin müstəqilliyi uğrunda atdığı cəsarətli addımlardan danışıb. Mərasimdə iştirak edən Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov, tarix-diyarşünaslıq muzeyinin elmi işçisi H.Əsgərova, Heydər Əliyev Mərkəzinin direktoru Z.Əliyeva dahi liderin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi qayğıdan, sənət adamlarına qarşı səmimi münasibətindən söz açıblar. Tədbirə məktəblilərin hazırladıqları kompozisiya ilə yekun vurulubı.