İyunun 24-də Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
   Məlumat verilib ki, muzeydə görkəmli rəssamın sənət irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Burada Bəhruz Kəngərlinin 341 əsəri var. Bu əsərlərdən 58-i orijinaldır.
   İkimərtəbəli muzey binasında 2 iş otağı, fond və ümumilikdə 8 ekspozisiya zalı yerləşir. Müasir işıqlandırma sistemi quraşdırılan ekspozisiya zallarında rəssamın əsərləri nümayiş olunur.
   
   Fariz Yunisli