1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə Mərkəzi kitabxanada ahıllarla görüş keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, mətbuat təmsilçiləri iştirak etmişlər. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova, MKS-nin direktoru S.Mikayılova çıxış edərək nəcib əməlləri ilə tanınan, həyat təcrübəsi ilə yeni nəsillərə örnək olan ahılları əlamətdar gün münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışlar.
Sonra ahıllar öz həyat yollarından bəhs edərək gənclərə tövsiyələrini, arzu və istəklərini bildirmişlər. Tədbirin sonunda ahıllara hədiyyələr təqdim edilmişdir.

Qəsidə Hüseynova,
Oğuz rayonu