Dövlət Bayrağı Günü İsmayıllı rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Heydər Əliyev Mərkəzində məktəblilər arasında inşa yazı müsabiqəsi, İsmayıllı şəhərinin mərkəzi meydanında "Dövlət bayrağı vətənimizin bütövlüyünün rəmzidir" mövzusunda rəsm müsabiqəsi keçirilib.
"Dalğalan bayrağım" adlı tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram münasibəti ilə sakinləri təbrik edib. Tədbirdə məktəblilər və İsmayıllı Humanitar və Texnoloji Kollecinin tələbələri bayrağımıza həsr edilmiş şeirlər ifa ediblər. Heydər Əliyev adına Mədəniyyət mərkəzinin "Niyal" instrumental ansamblı və aşıqlar ansamblının iştirakı ilə konsert proqramı təşkil olunub.

Şamo Nuğayev,
İsmayıllı