Mingəçevir şəhər Mərkəzi kitabxanasında Dövlət mükafatı laureatı, şair, tərcüməçi Əhməd Cəmilin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar şeir gecəsi keçirilib. Mədəniyyət və təhsil işçilərinin, fəal oxucuların, gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər şairin həyat və yaradıcılığı haqqında danışıblar.
Məktəblilər şairin "Dünyanın gözəlliyi", "Can nənə bir nağıl de", "Vətən oğluna" şeirlərini söyləyiblər. Sonra "Əhməd Cəmil-100" mövzusunda kitab və dövri mətbuat sərgisinə baxış keçirilib.