Xocalı faciəsinin ildönümü ilə əlaqədar Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsi tədbirlər keçirib. Horadiz şəhər Mədəniyyət sarayında rayon Dövlət Dram Teatrının quruluşunda Şəbnəm Tofiqqızının “Taleyin bir hökmü” tamaşası, Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbi şagirdlərinin ifasında “Xocalıya hay verin”, Horadiz şəhər uşaq musiqi məktəbinin şagirdləri tərəfindən “Xocalıya ədalət” adlı ədəbi-bədii kompozisiyalar təqdim olunub. Rayon Mərkəzi kitabxanası Xocalı soyqırımında şəhid olmuş soydaşlarımız haqqında yazılmış kitablar, qəzetlər və fotoşəkillərdən ibarət sərgi təşkil edib.

Elmin İdrisli,
Füzuli rayonu Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin direktoru