Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin, gənc ifaçıların yerli əhali ilə yaradıcılıq görüşləri keçiriləcək. İlk görüş aprelin 24-də Şamaxıda gerçəkləşəcək. Növbəti görüşün aprelin 25-də Qobustan, mayın 4-də Quba və 5-də Siyəzən rayonlarında keçirilməsi planlaşdırılır. Tədbirlər gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədi daşıyır. Görüşlərdə xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev və digər sənət adamlarının çıxışları nəzərdə tutulub.