İyunun 12-dən 15-dək Masallı şəhərində III beynəlxalq folklor festivalı keçiriləcək. Son iki ildə rayonda folklor festivalının yüksək səviyyədə keçirilməsi bu sənət yarışmasına qatılmaq istəyən ölkələrin sayını artırıb. Ötən festivallarda Azərbaycanla yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstanın folklor kollektivləri iştirak ediblər. Builki festivala da xarici ölkələrin tanınmış sənətçiləri dəvət olunacaq. Bu məqsədlə rayonda hazırlıq işlərinə başlanılıb.