Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş gənc istedadların baxış-müsabiqəsi keçirilib. Mayın 2-də rayon Mədəniyyət evində müsabiqə qaliblərinin iştirakı ilə yekun konsert təqdim olunub.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyev hər il ulu öndərin ad günü ərəfəsində keçirilən müsabiqənin məqsəd və məramı haqqında danışıb, bu tədbirin gənc istedadların üzə çıxmasına zəmin yaratdığını deyib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, "Ağdaş" qəzetinin redaktoru Tofiq İsmiyev, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda müsabiqə qalibləri və öz işlərində fərqlənən mədəniyyət işçiləri Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.