Ağcabədidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə kitab bayramı keçirilib. Qarabağ Muğam Mərkəzinin həyətində keçirilən kitab bayramında iki mindən çox kitab, o cümlədən ulu öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər nümayiş etdirilib.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rza Quliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Allahverdiyeva, MKS-nin direktor müavini Təranə Məmmədova və başqaları kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar.
Məktəblilər ümummilli liderə, kitaba, mütaliəyə, Vətənə dair şeirlər söyləyib, mahnı və rəqslər ifa edib, səhnəciklər göstəriblər.
Oxucuların və kitabxana işçilərinin əl işlərindən ibarət nümunələr də tədbir iştirakçılarının marağına səbəb olub.