Mayın 6-da Şamaxıdakı Heydər Əliyev parkında rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar kitab bayramı keçirilib. Tədbirdə çoxlu sayda kitablar və şəhər Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin şagirdlərinin əl işləri sərgilənib.
İştirakçılar və qonaqlar sərgi ilə tanış olduqdan sonra Şamaxı İncəsənət Təhsili Mərkəzinin, Avropa liseyinin, 2 və 9 saylı məktəblərin şagirdlərinin hazırladıqları mahnı, rəqs, şeir, kompozisiya, Azərbaycan nağılları əsasında səhnəciklərdən ibarət konsert proqramına tamaşa ediblər.
Məktəblilər arasında rəsm müsabiqəsi keçirilib, qaliblər diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.