Tovuz şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə kitab bayramı keçirilib. Tovuz rayon Mədəniyyət evinin qarşısında keçirilən tədbirdə mindən çox kitab, o cümlədən ulu öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər, Azərbaycanın yazıçı və şairlərinin, yerli qələm sahiblərinin əsərləri nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar.
Rayon məktəblilərinin, uşaq bağçaları kollektivlərinin ifasında ulu öndərə həsr edilmiş şeirlər, nümayiş olunan səhnəciklər tədbir iştirakçılarında xoş ovqat yaradıb.