Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Şirvan şəhərindəki Seyid Əzim Şirvani adına Mərkəzi Kitabxananın oxu zalında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru İltifat Nəbiyev, xidmət şöbəsinin müdiri Alma Cəfərova, MKS-nin direktor müavini Səda Mətləboğlu və başqaları ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi vaxtlarda mədəniyyətin inkişafına xüsusi qayğı göstərdiyini, mədəniyyət və incəsənət işçilərinin zəhmətlərinə daim yüksək dəyər verdiyini vurğulayıblar. Qeyd olunub ki, məhz bu qayğının nəticəsində Azərbaycan mədəniyyəti bu gün də öz çiçəklənmə dövrünü yaşamaqdadır.
Çıxışlardan sonra Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyasının istehsalı olan “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi” sənədli filmi nümayiş olunub.