Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Ağdaş rayon Mədəniyyət evində kitab bayramı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Aynur Novruzova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyev, yerli yazarlar, ictimaiyyət nümayəndələri iştirak etmişdir. MKS-nin direktoru Seyfəddin Feyzullayev tədbiri açaraq kitab bayramının əhəmiyyətindən danışdı, iştirakçılara MKS-nin fəaliyyəti, sərgilənən nəşrlər barədə məlumat verdi. Qeyd olundu ki, hazırda MKS-nin əhatə etdiyi 18 filialda multimedia resursları vasitəsilə də oxuculara xidmət olunur.
Mədəniyyət evinin foyesində 30-a yaxın mövzunu əhatə edən kitab sərgisi təşkil edilmişdi. "Əbədilik zirvəsi", "Müstəqil Azərbaycan dövlətinin memarı", "Döyünən ürəyimiz - Qarabağ", "Tarixi zəngin xalqım", "İslam dinimiz, etiqadımız", "Kitabxana məbədgahdır", "Ağdaşlı yazarlar" və s. mövzularda təşkil edilən sərgilər iştirakçıların böyük marağına səbəb oldu. Sərgidə MKS-nin fondunda olan elektron kitablar da nümayiş olunurdu.

Sevgili İbrahimova,
Ağdaş rayon MKS-nin direktor müavini