Yevlax şəhərində seminar keçirilib

İyunun 30-da Yevlax şəhərində "Milli mədəniyyət siyasəti: hədəf və perspektivlər" mövzusunda seminar təşkil olunub. Seminarda Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin sektor müdiri Asif Usubəliyev çıxış edərək tədbirin məqsədi barədə danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Qeyd olunub ki, seminarın təşkilində məqsəd mühüm əhəmiyyət kəsb edən mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakının təmin edilməsi, mədəniyyət müəssisələri əməkdaşlarının nəzəri hazırlıq səviyyəsinin artırılması, habelə menecment bacarıqlarına yiyələnməsini təmin etməkdir.
Seminarda 300-dən artıq mədəniyyət işçisi iştirak edib. Sonda mədəniyyət işçilərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Yevlax şəhəri "Milli mədəniyyət siyasəti: hədəf və perspektivlər" mövzusunda seminarların təşkil olunduğu sayca 20-ci bölgədir.