Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba-Xaçmaz zonası üzrə keçirilən gənclərin folklor festivalı başa çatıb. Quba şəhərinin mərkəzi meydanında təşkil olunan tədbirdə Qusar, Şabran və Xaçmazdan 10-dan artıq folklor qrupu və muğam ifaçıları çıxış edib.
Festivalın milli mədəniyyət nümunələrimizin təbliği və qorunub gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu qəbildən tədbirlər folklor qruplarının yaradıcılıq imkanlarının genişlənməsi baxımından da vacibdir.
Festivalda Qubadan olan folklor kollektivi birinci yerə layiq görülüb. Şabranlı gənclər ikinci, Xaçmaz təmsilçiləri isə üçüncü yeri qazanıblar.