İyunun 25-də Astara rayon Mərkəzi kitabxanasında Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Toplantıda çıxış edən Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov, mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nazim Fərəməzov mövzu ilə bağlı çıxış edərək, Azərbaycan Ordusunun tarixindən söhbət açıblar. Son illər Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artdığı, Azərbaycan Ordusunun bu gün torpaqlarımızı daha etibarlı qorumağa qadir olduğu vurğulanıb. Şairə Sakitə Əliyeva Azərbaycan Ordusuna həsr etdiyi şeirini oxuyub.