Zərdab rayon Mərkəzi kitabxanası 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib. “Vətənin, xalqın qurtuluşu” adlı tədbiri MKS-nin direktoru Nailə Əliyeva açaraq ulu öndərin həyat və fəaliyyətindən danışıb, doğma xalqa həsr edilən ömrün zəngin çalarlarını bir daha diqqətə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev ömrü boyu çalışdığı bütün vəzifələrdə, hər zaman doğma xalqını, respublikamızın sabahını, bugünkü xoşbəxt həyatını düşünmüşdür.
Tədbirdə Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ofeliya Osmanovanın “Vətənin xilaskarı”, uşaq şöbəsinin kitabxanaçısı Nisə Qasımovanın “15 İyun - Milli Qurtuluş Günü” mövzusunda məruzələri dinlənilib. Məruzələr ətrafında çıxış edən informasiya və resurs şöbəsinin müdiri Rəqibə Qasımova, metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyununun Azərbaycanda yeni dövrün başlanğıcı olduğunu vurğulayıblar.