İyunun 11-də Şəki şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsində Milli Qurtuluş Günü ilə əlaqədar “Taleyimizə yazılan tarixi bir gün” başlıqlı uşaq səhərciyi keçirildi. Tədbiri uşaq şöbəsinin biblioqrafı Könül Kərimova açdı. Sonra MKS-nin direktoru S.Vahabova “Milli Qurtuluşa gedən yol” mövzusunda məruzəsi dinlənildi.
Çıxışlardan sonra kitabxananın kiçik yaşlı oxucuları ulu öndər Heydər Əliyevə həsr olunmuş “Şöhrətim vətənimdir”, “Sənsən xilaskar” və digər şeirləri söylədilər. Azərbaycana, vətənpərvərliyə, kitaba, elmə aid şeirlər səsləndi, mahnılar oxundu.
Balaca oxucuların ifasında M.Füzulinin “Meyvələrin söhbəti” əsərindən, A.Şaiqin “Tıq-tıq xanım” nağılından səhnəciklər də maraqla qarşılandı. Sonda “Ucalan bayraqlı Azərbaycanım!” adlı sərgiyə baxış keçirildi.

M.Rəsulova,
Şəki şəhər MKS-nin uşaq şöbəsinin müdiri