*   İyulun 13-də Zərdab rayon MKS-nin oxuculara xidmət şöbəsində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə “Tariximizin şanlı səhifəsi” adlı dəyirmi masa keçirilib. Tədbirdə MKS-nin direktoru Nailə Əliyeva ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verib. Kitabxananın əməkdaşları Samirə Yahyayeva, Elnarə Salikova, Nisə Əliyeva, Rəqibə Qasımova, Aygün Sarıyeva, Gülnaz Məmmədova, İlahə Teymurzadə çıxış edərək ümummilli liderin Azərbaycanda təhsilin, mədəniyyətin inkişafında tarixi xidmətlərindən söz açıblar. Ulu öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş videolent nümayiş olunub.

Qax şəhərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə konsert təşkil edilib. Əvvəlcə İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik salnaməsində tarixi xidmətlərindən danışıb.
Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İçəribazar” turizm-mədəniyyət mərkəzində keçirilən konsertdə S.Vurğun adına Mədəniyyət evinin “Arzu” ansamblının ifasında Vətənə, ulu öndərə həsr olunmuş mahnılar səslənib. Rayonda yaşayan azsaylı xalqların musiqi kollektivləri də öz milli rəqsləri ilə çıxış ediblər.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 illiyi münasibətilə Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) dəyirmi masa keçirilib.
Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Aliyev açaraq dahi siyasətçinin fəaliyyətindən, Azərbaycan tarixində əvəzsiz xidmətlərindən danışıb.
MKS-nin direktoru Şahalı Şıxəliyev, direktor müavini İradə Mahmudova, şöbə müdirləri Növrəstə Qəhrəmanova, Aida Abdurrahmanova, Nuranə Mürsəlova, Heydər Əliyev Muzeyinin direktoru Dürriyə Seyidova və başqaları məruzə ətrafında çıxış edibər. Sonda tədbir iştirakçıları Heydər Əliyevə həsr olunmuş daimi sərgi və fotostendlə tanış olublar.