İyulun 22-də Lənkəran şəhər Mərkəzi kitabxanasında “Milli Mətbuat və Jurnalistika Günü” ilə bağlı dəyirmi masa təşkil olundu. Tədbirdə çıxış edən kitabxananın direktoru Validə Məmmədova respublikamızda söz və fikir azadlığından, mətbuata göstərilən qayğıdan söz açdı. Kitabxananın şöbə müdiri Xədicə Məmmədova, kitabxanaçı Siddiqə Rzayeva, oxu zalının müdiri Afaq Murtuzayeva çıxış edərək “Əkinçi” qəzetinin yaranma tarixi, Azərbaycan mətbuatının keçdiyi yoldan danışdılar.

İlqar Əzimov,
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi