Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Böyük bağ” mədəniyyət və istirahət parkında kitab sərgisi təşkil olunub. Sərgidə 300-dək müxtəlif məzmunlu ədəbiyyat sərgilənib.
Tədbiri kitabxananın şöbə müdiri Arifə Hüseynzadə açaraq ümummilli lider Heydər Əliyevin dilimizin inkişafında yorulmaz fəaliyyətindən danışıb. Kitabxananın əməkdaşı Vüsalə Cəfərova müasir dövrdə uşaq kitabxanasının məktəblilərin və kiçikyaşlı oxucuların tərbiyəsində, dünyagörüşünün formalaşmasında rolundan danışıb.