Gəncə şəhərindəki Heydər Əliyev adına park-kompleksdə “Gənc land” istirahət və əyləncə mərkəzi yaradılır. İnşasına keçən il başlanan istirahət və əyləncə mərkəzinin meneceri Sevinc Hüseynova bildirib ki, artıq burada 15 ədəd ən müasir attraksionun quraşdırılması başa çatdırılıb. Fırlanan kafedə, eləcə də qapalı və açıq əyləncə meydançalarında isə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.
Əyləncə mərkəzinin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.