Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət evinin akt zalında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının xətti ilə “Azərbaycanda Həmkarlar İttifaqının bugünkü inkişafı, problemləri, motivasiya işinin gücləndirilməsi perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Quba rayon komitəsinin sədri Məhərrəm Hacıyev açaraq müasir şəraitdə qurumun vəzifələri, mövcud problemlər və qarşıda duran vəzifələr barədə danışdı.
İttifaqın Respublika Komitəsinin məsul işçiləri Samir Əhmədzadə, Çingiz İbrahimov, ittifaqın Xaçmaz və Qusar rayon komitələrinin sədrləri Qərib Umudov və Fyodor Qasımov, Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov, rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Söhrab Əmrahov, əmək veteranları Sabir Nemanov və Firəngiz Haşımova çıxış edərək həmkarlar təşkilatlarının işəgötürənlərlə kollektiv müqavilə və ərazi sazişlərinin əhəmiyyəti, işdə yaranmış əmək münasibətləri və əmək mübahisələrinin həlli, əməyin mühafizəsi, işçilərin sağlamlığı, gender bərabərliyi və s. məsələlər barədə fikirlərini bölüşdülər.
Müzakirələr zamanı həmçinin mədəniyyət sahəsində ştat vahidlərinin ixtisarı, iş şəraiti, kurort-sanatoriya yollayışlarının ayrılmasında problemlər ətraflı müzakirə olunmuşdur.
Dəyirmi masada kitabxana və klub işçiləri, rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları, Turizm-İnformasiya Mərkəzinin işçiləri iştirak etmişlər.

Vahid Əliyev,
Quba rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri