Göygöldə Xalq yazıçısının yubileyinə həsr olunmuş tədbir

Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə görkəmli nasir və dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş "Ədəbiyyatın əbədiyaşarlıq ünvanı" adlı tədbir keçirilib.
Tədbiri şöbənin müdiri Şərqiyə Hümbətova açaraq ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Sonra İlyas Əfəndiyevin keçdiyi həyat yolu və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Rayon Mədəniyyət Mərkəzinin "Xalq" dram dərnəyinin və "Bahar" rəqs qrupunun, ədibin əsəri əsasında səhnələşdirilmiş dram səhnəsinin bir hissəsi və "Nərgiz" xalq kollektivinin musiqi nömrələri tamaşaçılara təqdim edilib.