Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan eksponatların qorunması ilə yanaşı, təmir-bərpası da daim diqqət mərkəzindədir. Bu məqsədlə bəzi eksponatlar Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinə göndərilir. Bu il də göndərilən eksponatların bir qismi mərkəzdə bərpa olunaraq muzeyə gətirilib.
Avqustun 8-də bərpa olunmuş 30 adda eksponatın Lənkəran Mərkəzi Kitabxanasında səyyar sərgisi təşkil olunub. Muzeyin baş fond mühafizi Xalid Məmmədov bərpa olunmuş eksponatlar haqqında məlumatlar verib, onların tarixi haqqında danışıb.