Lənkəran Mərkəzi kitabxanasında dəyirmi masa

Avqustun 13-də Lənkəran Mərkəzi kitabxanasında “Təmiz dünya uğrunda” adlı dəyirmi masa təşkil olunub. İnsan alveri ilə mübarizə mövzusuna həsr olunmuş tədbirdə MKS-nin direktoru Validə Məmmədova çıxış edərək bu sahədə qanunvericilik bazası haqqında məlumat verib. Mərkəzi kitabxananın şöbə müdiri Xədicə Məmmədova insan alveri anlayışının mahiyyəti, respublikamızda insan alveri ilə bağlı görülən tədbirlər haqqında danışıb.