Sentyabrın 15-də Lənkəran şəhər Mərkəzi kitabxanasında Bilik Günü ilə bağlı dəyirmi masa və kitab sərgisi təşkil olunub. Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova çıxış edərək respublikamızda tədrisə olan qayğı və diqqətdən, bu sahədə qazanılan uğurlardan danışıb. Kitabxanaçı Şəhanə Şirvanzadənin ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu haqqında məruzəsi dinlənilib. Sonda iştirakçılar kitab sərgisinə baxıblar.