Sentyabrın 25-26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Balakən rayonunda “Balakən - Azərbaycanın Folklor Paytaxtı - 2014” layihəsi çərçivəsində poeziya gecəsi keçiriləcək. Millət vəkili, yazıçı-dramaturq Aqil Abbas, şairlər Çingiz Əlioğlu, Ənvər Əhməd, Xəyal Rza və Fərid Hüseyn rayon ictimaiyyətinin nümayəndələri, ədəbiyyat həvəskarları ilə görüşə gedəcəklər.
Qeyd edək ki, ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı üzrə bu il Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Balakən “Azərbaycanın Folklor Paytaxtı” və Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Bununla bağlı sentyabrın 18-də Qəbələdə yaradıcılıq görüşü keçirilib. Oktyabrın 3-də Abşeron rayonunda da tədbirlər keçiriləcək.
Fariz Hüseynov