Sentyabrın 29-da Astara rayon Mərkəzi kitabxanasının qarşısındakı meydanda “Kitab sahilsiz dəniz, biliklər ümmandır” mövzusunda VII uşaq kitab bilik bayramı keçirilmişdir. Tədbirdə Astara şəhər 1, 2, 3 saylı orta məktəblərin müəllim və şagirdləri, gənclər, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak etmişlər.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov ənənəvi kitab bayramı haqqında məlumat vermişdir. MKS-nin uşaq şöbəsinin müdiri Növrəstə Məmmədova şöbəsinin işi haqqında məruzə etmişdir.
İştirakçılar “Heydər Əliyev və Azərbaycan uşaqları”, “Təbiət anadır, qoruyaq onu”, “Vətənpərvərlik müqəddəs hisdir”, “Kitab bilik mənbəyidir”, “Görkəmli sərkərdələrimiz” və s. başlıqlı kitab sərgiləri ilə tanış olmuşlar. Astaralı yazarlardan Dilarə Azəri, Sakitə Ülvi, İlham İlhami çıxış etmişlər. Tədbirdə Astara Rayon Dövlət Rəsm Qalereyasından gətirilmiş əsərlər də nümayiş olunmuşdur.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Astara rayon komitəsinin sədri Hacıbala Ramazanov 2014-cü il üzrə uşaq şöbəsinin ən fəal oxucularına hədiyyələr təqdim etmişdir. Tədbirdə rəngarəng konsert proqramı təqdim olunmuşdur.

Natəvan Mədətzadə,
Astara rayon Mərkəzi kitabxanasının əməkdaşı