Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq ölkə başçısının 25 iyun 2014-cü il tarixli sərəncamı ilə şairin 90 illik yubileyinin qeyd olunduğunu bildirdi.
13 saylı şəhər kitabxanasının müdiri Hicran Abdurahmanova Nəbi Xəzrinin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva şairin lirikası və poemaları barədə danışdı. Ağdaş şəhər təbiət, texniki və humanitar təmayüllü gimnaziyanın şagirdləri Nəbi Xəzrinin şeirləri əsasında kompozisiya təqdim etdilər. Tədbirdə Nəbi Xəzri haqqında film-video çarx nümayiş etdirildi və unudulmaz sənətkarımız Müslüm Maqomayevin ifasında şairin sözlərinə bəstələnmiş məşhur “Azərbaycan” mahnısı səsləndirildi.

Sevgili İbrahimova,
Ağdaş rayon MKS-nin direktor müavini