Oktyabrın 10-da Quba rayon MKS-nin Mərkəzi kitabxanasında tanınmış şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illiyi ilə əlaqədar oxucu konfransı keçirilib.

Konfransı MKS-nin direktoru Saməddin Nəsirov açaraq Prezident İlham Əliyevin sentyabrın 16-da Rəfiq Zəka Xəndanın 75 illik yubileyi ilə bağlı sərəncam imzaladığını diqqətə çatdırıb, şairin klassik poetik ənənələrin layiqli davamçısı kimi ədəbiyyatımıza dəyərli töhfələr verdiyini vurğulayıb.
Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi Hüriyyə Sultanova Rəfiq Zəka Xəndanın yaradıcılığının məziyyətlərindən danışıb. Azərbaycan Müəllimlər İnstitutu Quba filialının tələbəsi Zöhrə Əliyeva şairin türkçülüyün yasaq olduğu sovetlər dövründə ədəbi məclislərdə milli ruhlu şeirlər söyləməsindən bəhs edib. Sonda Müəllimlər İnstitutu Quba filialının tələbələri şairin məşhur şeirlərindən parçalar söyləyiblər.