Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı Dəli Quşçu kənd kitabxana filialı kənd orta məktəbi ilə birgə “Nəğməkar şair” adlı tədbir keçirib.
Tədbirdə Dəli Quşçu kənd kitabxanasının kitabxanaçısı Aybəniz Nağıyeva, məktəbin müəllimlərindən Nuranə Quliyeva, Zümrüd Allahverdiyeva Nəbi Xəzrinin həyat və yaradıcılığından söz açıblar, şairin “Salatın” poeması haqqında ətraflı məlumat verilib.
Kitabxananın fəal oxucuları və məktəbin şagirdləri şairin “Ana dilim”, “Vətən”, “Çəkin Qarabağdan qara əlləri”, “Ana Kürüm” və s. şeirlərini söyləyiblər. Məktəbin direktoru Əfqan İmanov belə tədbirlərin gənclərin mənəvi tərbiyəsində, mütaliəyə cəlb olunmasında müsbət rolunu vurğulayıb.
Sonda iştirakçılar “Nəbi Xəzri - 90” foto və kitab sərgisi ilə tanış olublar.