İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi 2009-cu ildən fəaliyyət göstərir.
Mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rəssamlıq, şahmat, heykəltəraşlıq dərnəkləri, zəngin kitabxana fəaliyyət göstərir. Mərkəz ölkəmizdə fəaliyyət göstərən təhsil, mədəniyyət ocaqları, təşkilatlarla sıx əməkdaşlıq qurub, müxtəlif tədbirlərə, sərgilərə dəvətlər alır.
Bu ilin avqustunda Qəbələdə keçirilən mürəbbə festivalında mərkəzin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və rəssamlıq dərnəyi şagirdlərinin işləri nümayiş olunmuş və çox bəyənilmişdir.
Azərbaycan İstiqlal Muzeyi ilə uğurlu əməkdaşlığımız var. Oktyabr ayında muzeydə “Yaşa, var ol hər zaman, doğma Vətən - Azərbaycan!” mövzusunda əl işlərindən ibarət sərgimiz təşkil olunmuşdur.
Mərkəz fəal gənclərə də hər zaman dəstək olmuşdur. Keçirilən treninqlərin nəticəsidir ki, Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsi üçün 6 layihə göndərilmişdir.
Bu il mərkəzin saytı da yaradılıb. Görülən işlər haqqında saytda və sosial şəbəkələrdə mütəmadi olaraq məlumatlar yerləşdirilir.

S.Gülər,
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin fond müdiri