12 noyabr - Konstitusiya Günü bölgələrdəki mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd edilib.

Qəbələdə keçirilən tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova, Mədəniyyət Mərkəzinin baş metodisti Fərid Aslanlı, mərkəzin mədəni təşkilatçısı Səadət Sadıq çıxış edərək Azərbaycan Konstitusiyasının tarixi, mahiyyəti, Əsas Qanunun müddəaları, vətəndaşlara verdiyi hüquq və azadlıqlar barədə danışıblar.
* * *

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə iştirakçılar ümummilli liderin fəaliyyətini canlandıran memorial muzeylə tanış olublar. Mərkəzin baş mühafizi Aygün İbrahimovanın "Azərbaycan Konstitusiyası dövlətçiliyin əsas meyarı kimi" mövzusunda məruzəsi dinlənilib.
* * *

Tərtər rayon MKS-də “Konstitusiya - dövlətin ali qanunudur” adlı dəyirmi masada da mövzu ilə bağlı məruzə oxunub, çıxışlar olub. Tədbirdə vətən, müstəqillik mövzusunda şeirlər söylənilib.
* * *

Zərdab rayon Mərkəzi kitabxanasında təşkil olunmuş "Bizim həyat qanunumuz" adlı tədbirdə MKS-nin direktoru Nailə Əliyeva, kitabxananın əməkdaşları Cəmalə Feyzullayeva, Leyla İsgəndərli, Gülzar Qasımova, Gülüstan Rəhimova çıxış edərək ulu öndər Heydər Əliyevin tariximizdəki əvəzsiz xidmətlərindən, Konstitusiyanın hazırlanması və qəbul olunmasında müstəsna rolundan bəhs ediblər.