Quba rayon MKS-nin Mərkəzi kitabxanasında 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda tədbir keçirilib. Tədbirdə kitabxananın uşaq şöbəsinin müdiri Zərəfşan Yasinova, uşaq şöbəsi oxu zalının müdiri Rima Seyfullayeva üçrəngli bayrağımızın tarixindən danışıblar.
Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda dövlət bayrağı meydanının yaradılmasının, Dövlət Bayrağı Gününün təsis edilməsinin əhəmiyyətindən bəhs ediblər.
Çıxışlardan sonra məktəb şagirdləri bayraq, vətən haqqında şeirlər söyləyiblər. Uşaqlar arasında viktorina keçirilib, fərqlənənlərə hədiyyələr təqdim olunub.