Rəfiq Zəka Xəndan - 75

Noyabrın 19-da Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir Rəfiq Zəka Xəndanın yubileyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamına, rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına əsasən təşkil olunub.
Rayon Mərkəzi kitabxanasının və 65 saylı şəhər kitabxanasının birgə təşkil etdiyi tədbiri MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq Rəfiq Zəka Xəndanın klassik zəngin ədəbi fəaliyyətindən, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.
65 saylı şəhər kitabxanasının müdiri Ruhanə İbrahimova, metodist Könül Musayeva, rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, İcra Hakimiyyəti Aparatının məsul işçisi Möhlüd Hacıxanov ədibin yaradıcılıq məziyyətlərindən bəhs edərək onun əsərlərində vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və türkçülük ideyalarının tərənnüm olunduğunu vurğulayıblar.
Tədbirin sonunda rayon məktəbliləri şairin şeirlərini söyləyiblər, onun sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.