Şirvan şəhər Mərkəzi kitabxanasında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Noyabrın 26-da kitabxanada açılan kitab sərgisi də yazıçının zəngin irsinin geniş oxucu kütləsinə təqdim etmək məqsədi daşıyır. Kitab sərgisində İlyas Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar” , “Geriyə baxma, qoca” və s. romanları, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Bizim qəribə taleyimiz”, “Xurşudbanu Natəvan”, “Büllur sarayda” və başqa pyesləri yer alıb.