Tanınmış uşaq şairi İlyas Tapdığın 80 illik yubileyi ilə bağlı bölgələrdəki kitabxanalarda tədbirlər keçirilir.
Tərtər rayon Uşaq kitabxanasında təşkil olunan yubiley tədbirində MKS-nin direktoru U.Qurbanova şairin həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında İlyas Tapdığın böyük xidmətləri var. Şagirdlər "İlyas Tapdıq- 80" başlıqlı sərgi ilə tanış olublar. Tədbirin sonunda şagirdlər sevimli şairin şeirlərindən parçalar söyləyiblər.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində İlyas Tapdığın 80 illiyi ilə əlaqədar şeirlərinin ucadan oxusu keçirilib. 3 saylı məktəbin 3-cü sinif şagirdlərinə şairin şeirlərinin gözəl ifasına görə hədiyyələr təqdim edilib. İştirakçılar İlyas Tapdığın yubileyi münasibətilə hazırlanmış “Şeirimin canıdır bu el, bu vətən” adlı kitab sərgisi ilə də tanış olublar.